Miqrantlar Rusiya qanunlarına hörmət və əməl etməlidirlər

4 Dekabr 2023 22:58 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının iclası zamanı bildirib ki, ölkədəki bütün miqrantlar Rusiya qanunlarına və ənənələrinə hörmət etməlidirlər.

...Biz Rusiya iqtisadiyyatının maraqlarına cavab verən əmək resurslarını cəlb etməliyik.

Bunu deyən Rusiya liderinə görə, bu o deməkdir ki, miqrantlar dil və etnomədəni baxımdan hazırlanmalı, rus adət-ənənələrini bilməli və qanunlara hörmət etməlidir.

Və eyni zamanda, Rusiyada da onların hüquqları təmin edilməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Daxili İşlər Nazirliyi Rusiyada qeyri-qanuni miqrantlara avtomobil sürməyi, habelə fərdi sahibkarlıqlar açmağı və daşınmaz əmlak almağı qadağan etməyi təklif etmişdi.

...Rusiya Daxili İşlər Nazirliyi də Rusiyaya daxil olan əcnəbi vətəndaşlar üçün “sadiqlik müqaviləsi” anlayışının tətbiqi təklifi ilə çıxış edib.

Nazlı