Putin rusların yenilməzliyinin izahını verdi...

4 Dekabr 2023 19:35 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin “Biz birlikdəyik” forumunda “İlin könüllüsü” mükafatlandırma mərasimində çıxışı zamanı rusların yenilməzliyinin sirrini açıqlayıb....Müsabiqə “Biz birlikdəyik” adlanır və nə qədər ki, biz birlikdəyik, məğlubedilməzik”.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Putin “İlin könüllüsü” mükafatını rusiyalı hərbçilərə kamuflyaj torları, xəndək şamları və hətta adi corablar hazırlamaqla kömək edən “Rostokdan Yunnatı” uşaq könüllülər qrupunun təsisçisi Natalya Amineva və ailəsinə təqdim edib.

Putin digər könüllülərə də Ukraynadakı xüsusi hərbi əməliyyatın iştirakçılarına və onların ailələrinə kömək etdiklərinə görə təşəkkür edib.

Nazlı