Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

4 Dekabr 2023 18:44 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə dekabrın 4-də Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, səfər zamanı nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.