Sumqayıt Şəhər İcra Hakimiyyəti xidməti avtomobillərini yeniləyir

4 Dekabr 2023 16:49 (UTC+04:00)

Sumqayıt Şəhər İcra Hakimiyyəti 3 ədəd yeni xidməti minik avtomobili alır. SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yeni avtomobillər "Azərmaş Alyans" MMC-dən alınacaq və bunun üçün şirkətə təxminən 65 min manat ödəniləcək. Söhbət mühərrikinin həcmi 1 648 kub sm, sürət qutusu mexaniki, yanacaq sərfiyatı hər 100 km-ə 10 litr, avtomatik kondisionerli, hava yastıqları, yan hava yastıqları, ön və arxa duman işıqları olan nəqliyyat vasitələrindən gedir.