Azərbaycanlı hakim və supervayzer EEVZA çempionatına təyinat alıblar

4 Dekabr 2023 15:21 (UTC+04:00)

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov və Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova növbəti dəfə təyinat alıblar. AVF-dən SİA-ya verilən məlumata görə, onlar 18 yaşadək oğlanlar arasında Gürcüstanın Telavi şəhərinə keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iş başında olacaqlar.

Zülfüqarov dekabrın 5-9-u aralığında təşkil olunacaq yarışda ədaləti qoruyacaq. İsmayılova isə turnirdə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları iştirak edəcək.