Azərbaycanda “Əkinçilik ensiklopediyası” nəşr ediləcək

4 Dekabr 2023 15:19 (UTC+04:00)

Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əkinçilik ensiklopediyası” nəşr ediləcək. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məsələ qurumun Əkinçilik Elmi-Tədqiqat İnstitutuna həvalə olunub. Artıq institut bununla bağlı hazırlıqlara başlayıb.

Ensiklopediyadan ümumilikdə 1 364 ədəd nəşr ediləcək.