2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

4 Dekabr 2023 10:33 (UTC+04:00)

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir: "Yeni standartlarda 3D robotexnika fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq".