İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar - YENİLƏNİR

4 Dekabr 2023 10:05 (UTC+04:00)

İspaniyanın məşhur memarları və memarlıq şirkətlərinin rəhbərləri Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər. SİA xəbər verir ki, “F-Holding”in təşkilatçılığı ilə reallaşan səfər heyətində “Bilbao Architecture Team”in (BAT) təsisçisi Xabier Arranz, BAT-ın tərəfdaşları Juan Miguel Rioboó Fuentes və Peru Canada, “Fundación Metropoli”nin London Şəhər Laboratoriyasının direktoru Naiara Vegara, “Ortiz Leon Arquitectos”un həmtəsisçisi Iñigo Ortiz, ETSASS-ın baş memarı Jaime Otegui təmsil olunublar.