Qalkinin Türkiyədəki konsertinin qonorarının məbləği açıqlanıb

3 Dekabr 2023 21:45 (UTC+04:00)

Maksim Qalkin 100 min avroya Türkiyədə korporativ tədbirlərdə çıxış etməyə hazırdır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu məlumat “Yeni rus sensasiyaları” verilişinin efirində açıqlanıb.

“Gazeta.ru” xəbər verir ki, pranker komediyaçının rejissoru Elvira Mokroborodova ilə telefonla əlaqə saxlayıb.

O, sənətçinin Türkiyədə çıxışının nə qədər olacağını soruşub. Mokroborodova məbləğin 100 min avro olduğunu bildirib. Bundan əvvəl media şoumen Maksim Qalkinin reklam layihəsində iştirak etdiyini yazmışdı.

Güllərin çatdırılması xidmətinin reklamını çəkmək üçün sənətçi uşaqları Harri və Lizanı da cəlb edib.

Mənbələr bildirir ki, Qalkin pul qazanmaq üçün bütün mümkün variantları nəzərdən keçirir.

Nazlı