Filippin sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb

3 Dekabr 2023 15:20 (UTC+04:00)

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 67,5 min nəfərin yaşadığı Bisliq şəhərindən (Mindanao adası) 78 km şimal-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.