Türkiyə Silahlı Qüvvələri 3 terrorçunu zərərsizləşdirib

3 Dekabr 2023 14:23 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri terrorçuları öz yuvalarında zərərsizləşdirməyə davam edir. Pəncə-Kilit Əməliyyatı bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada, "Terroru birdəfəlik aradan qaldırmaq üçün qətiyyətli və qərarlıyıq" deyilir.