Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib

3 Dekabr 2023 12:59 (UTC+04:00)

Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlayıb.

Bildirilib ki, bu çərçivədə dekabrın 2-də Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla ümumilikdə 142 nəfər Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır.

Təxliyələr davam edir.