Bakının bu küçəsində yolda məhdudiyyət tətbiq edilib - FOTOLAR

3 Dekabr 2023 11:48 (UTC+04:00)

Nəsimi rayonu, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib. Bu barədə SİA-ya Nəqliyyatın İdarə edilməsi Mərkəzindən məlumat daxil olub.

Buna səbəb qeyd olunan prospekt ilə kəsişmədən Puşkin küçəsi ilə kəsişməyə qədər yolda təmir işlərinin aparılmasıdır.

Sürücülərdən nəzərə almaları xahiş edilir.