Qubada narkotik qəbul edib avtomobil sürənlərin sayı məlum olub

3 Dekabr 2023 11:05 (UTC+04:00)

Qubada narkotik qəbul edib avtomobil sürənlərin sayı məlum olub. SİA xəbər verir ki, son 4 ay ərzində 86 sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.