Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

3 Dekabr 2023 10:34 (UTC+04:00)

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, "Qazel" markalı avtomobil piyada - 1960-cı il təvəllüdlü Həsənov Alim Həsənbala oğlunu vurub. Ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.