Yevlaxda 57 yaşlı kişi intihar edib

3 Dekabr 2023 10:17 (UTC+04:00)

Yevlax rayonunun Balçılı kəndində intihar hadisəsi olub. SİA-nın məlumatına görə, rayon sakini, 1966-cı il təvəllüdlü Mübariz Xəlilov özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.