Kürdəmirdə “Mercedes” markalı mikroavtobus yanıb

3 Dekabr 2023 10:04 (UTC+04:00)

Kürdəmir rayonunun Qurdbayram kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri və salonuna yığılan əşyalar qismən yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, əşyaların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.