“Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

3 Dekabr 2023 03:54 (UTC+04:00)

Filippinin cənubunda baş verən atışmada hərbçilər “Daula İslamiyyə” silahlı qruplaşmasının üzvü olan 11 nəfəri məhv ediblər. SİA “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə şənbə günü Filippin ordusunun 6-cı piyada diviziyasının polkovnik-leytenantı Dennis Almorato məlumat verib.

Onun sözlərinə görə, hadisə cümə günü günortadan sonra ölkənin cənubundakı Maquindanao əyalətinin Datu Hoffer Ampatuan şəhərində baş verib. Silahlı qrupla qarşıdurmada hərbçilər iki “FA-50” qırıcısından və artilleriyadan istifadə edib. “Biz ərazidə 15-ə yaxın “Daula İslamiyyə” yaraqlısına qarşı hava hücumu həyata keçirdik", - polkovnik-leytenant jurnalistlərə deyib.

Hərbçilər toqquşma yerindən 8 odlu silah götürüblər.