Afət Fərmanqızı "instagram” izləyicilərini təəccübləndirib - FOTO

3 Dekabr 2023 07:09 (UTC+04:00)

Başı qalmaqallardan açılmayan Afət Fərmanqızı "instagram” izləyicilərini təəccübləndirib. SİA xəbər verir ki, Rusiyada yaşayan və müğənnilik fəaliyyətini orada davam etdirən müğənni fotoşopla özünü tanınmaz hala salıb.

Fərmanqızının fotolarını görən izləyiciləri təəccüblərini gizlədə bilməyiblər. Kimisi onu Türkan Şoraya, kimisi də "Zita və Gita” filmində rol alan hindistanlı aktrisa Hema Maliyə bənzədib. O, paylaşımına "biriləri səni sevmirsə mütləq ki, qısqandığı özəlliyin vardır" şərhini yazıb.