Daha bir ölkədə "Tiktok"a qadağa qoyula bilər

3 Dekabr 2023 01:15 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman "Tiktok"la bağlı açıqlaması ilə gündəmə gəlib. SİA xəbər verir ki, Yayman "Tiktok"un ölkə ərazisində bağlanması üçün çalışdıqlarını bildirib: "Bütün millətimizə bir çağırış edirəm. Dekabrın 7-də "TikTok"un Türkiyə və Avrasiya üzrə nümayəndəsi Emir Geleni ölkəmizə dəvət etmişik. O, gəlib "TikTok"la bağlı açıqlama verəcək. Biz Rəqəmsal Media Komissiyası olaraq bütün rəqəmsal media üzərində çox ciddi işləyirik, o cümlədən yayım qadağası, reklam qadağası və lazım gələrsə, Türkiyədə "TikTok"un lisenziyanın ləğvi üçün çalışacağıq".