Zelenski Ukrayna xalqına xəbərdarlıq etdi

3 Dekabr 2023 03:22 (UTC+04:00)

Bu günlərdə hava hücumu siqnallarına diqqət yetirməyi unutmayın. Xahiş edirəm, buna laqeyd yanaşmayın. SİA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciəti zamanı Rusiyanın hava hücumları ilə bağlı xəbərdarlıq edərkən deyib.

Zelenski bu həftənin də ölkə üçün “məhsuldar” olduğunu bildirərək, Ukraynaya yardım edənlərə və Ukrayna güc strukturlarına – hər kəsə təşəkkür edib.