Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

3 Dekabr 2023 02:19 (UTC+04:00)

Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, “Koroğlu” metro stansiyasının yanında yolu keçən 63 yaşlı İsmayılov Novruz Əkbər oğlunu avtomobil vuraraq öldürüb.

Hadisə şahidlərinin sözlərinə görə, taksidən anidən düşərək yol çıxan piyada sərxoş vəziyyətdə olub.