Gələn il ABŞ orbitə 20-dən çox hərbi peyk buraxacaq

3 Dekabr 2023 01:13 (UTC+04:00)

ABŞ növbəti ildə orbitə kəşfiyyat-tədqiqat xarakterli ən az 6 peykin buraxılmasını planlaşdırır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Kosmik Komandanlığı (AKK) yayıb.

Ümumilikdə isə orbitə kəşfiyyat-tədqiqat təyinatlı, raket hücumu ilə bağlı xəbərdarlıq və rabitə sistemləri ilə təchiz olunmuş 21 hərbi peykin çıxarılması nəzərdə tutulur.

Cari ildə Pentaqon kosmik fəzaya 12 hərbi peyk buraxıb.

Peyklərin buraxılması “Boeing” və “Lockheed Martin” korporasiyalarının birgə müəssisəsi olan “United Launch Alliance” (ULA) şirkəti və “SpaceX” korporasiyası tərəfindən həyata keçiriləcək. İlkin qiymətləndirmələrə görə, ULA növbəti 11 peyk buraxılışına görə 1,3 milyard dollar, “SpaceX” isə 10 buraxılışa görə 1,2 milyard dollar əldə edəcək.

Pentaqon yaxın 2-3 ildə orbitə 48 hərbi peykin çıxarılmasını nəzərdə tutur.