ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

2 Dekabr 2023 22:54 (UTC+04:00)

ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə səfirliyin X hesabında bildirilib.

“Azərbaycana təyin olunmuş səfir Mark Libby - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” – deyə Səfirlikdən bildirilib.