Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib

2 Dekabr 2023 21:22 (UTC+04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.