Zalujnı ukraynalıların etibar reytinqində Zelenskini ötür...

2 Dekabr 2023 20:54 (UTC+04:00)

Ukrayna sakinlərinin etibar etdiyi 3 məşhur ukraynalının adı açıqlanıb. Ukraynanın “İnformator” nəşri “Reytinq” sosioloji qrupunun sorğusunun nəticələrinə istinadən xəbər verir ki, reytinqin lideri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, general siyahıda Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskini keçib.

Sosioloqlar müəyyən ediblər ki, sorğuda iştirak edən ukraynalıların 63 faizi Zalujniyə tam etibar edir, 19 faizi isə “daha ​​çox ona güvənir”.

Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının ümumi etibar reytinqi 82 faiz təşkil edib.

Bu arada Ukrayna vətəndaşlarının 39 faizi Zelenskiyə tam etibar edir, daha 33 faizi isə ona daha çox güvənir. Nəticədə Ukrayna liderinin ümumi etibar səviyyəsi 72 faiz təşkil edib.

Reytinqdə ilk üç lideri ümumi etibar reytinqinin 54 faizi ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov qapayır.

Araşdırma göstərib ki, Ukraynada prezident seçkiləri keçirilsə, nə Zelenski, nə də Zalujnı birinci turda qalib gələ bilməyəcək.

Sorğu onu da üzə çıxarıb ki, bugünkü şəraitdə ukraynalılar seçkilərin keçirilməsini yersiz hesab edirlər.

Daha əvvəl bildirilmişdi ki, Zelenskinin həyat yoldaşı onun ikinci prezidentlik müddətini istəmir.

Nazlı