''Qəzzada ''humanitar fasilə''nin bərpası üçün səylər göstəririk''

2 Dekabr 2023 20:34 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları (ABŞ) mühasirə altındakı Qəzza zolağında "humanitar fasilə"nin ən qısa zamanda yenidən başlaması üçün səylər göstərdiklərini açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi gündəlik mətbuat konfransında İsrailin intensiv hücumlarının davam etdiyi Qəzzada "humanitar fasilə''nin bərpası üçün bölgə ölkələri ilə birlikdə çalışdıqlarını söylədi.
Rəsmi Vaşinqtonun İsrail, Misir və Qətərlə atəşkəsin yenidən qüvvəyə minməsi üçün çalışdığını ifadə edən Con Kirbi ''Həmas''ın 7 günlük “humanitar fasilə”nin sona çatmasına görə məsuliyyət daşıdığını bildirib.
Con Kirbi deyib:"Humanitar fasilə ''Həmas''a görə sona çatdı. Onlar bu fasiləni uzadacaq girovların siyahısını hazırlaya bilmədilər''.