Abşeron rayonunda oğurluq olub

2 Dekabr 2023 11:20 (UTC+04:00)

Abşeron rayonunda oğurluq olub. DİN-dən SİA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Görədil kəndindəki evlərin birindən 3000 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini S.İsayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.