Tovuz sakini dəm qazından dünyasını dəyişib

1 Dekabr 2023 20:25 (UTC+04:00)

Tovuzda dəm qazından ölüm hadisəsi olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb. 1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.