Nigeriyada hərbi helikopter qəzaya uğradı

1 Dekabr 2023 19:16 (UTC+04:00)

Nigeriya Hərbi Hava Qüvvələrinə (NAF) məxsus hərbi helikopter Rivers ştatında qəzaya uğrayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet məlumat verib.
O, Rivers əyalətində neft oğrularına qarşı əməliyyat üçün havaya qalxan "MI-35P" tipli hərbi helikopterin qəzaya uğradığını bildirib.
Qabkvet helikopterdəki 5 əsgərin yüngül yaralandığını qeyd edib.
Helikopterin qəzaya uğrama səbəbinin hələlik məlum olmadığını bildirən Qabkvet hadisə ilə bağlı istintaqın aparıldığını bildirib.