Rəcəb Tayyib Ərdoğan Corcia Meloni ilə görüşdü

1 Dekabr 2023 17:56 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Ümumdünya İqlim Dəyişikliyi Konfransında iştira etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Rəcəb Tayyib Ərdoğanı Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nahyan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Dünya İqlim Fəaliyyəti Sammitinin keçirildiyi Dubay Sərgi Mərkəzində qarşılayıblar.
Ərdoğan sammit çərçivəsində ilk görüşünü Şotlandiyanın baş naziri Həmzə Yusufla keçirib.
Görüşdə regional və qlobal hadisələrlə yanaşı, Qəzzadakı son vəziyyət də müzakirə edilib.
Prezident Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə də qısa söhbət edib.
Ərdoğan təmasları çərçivəsində daha sonra İtaliyanın baş naziri Corcia Meloni ilə görüşüb.