Ərdoğan Dubayda özbəkistanlı həmkarı ilə görüşüb

1 Dekabr 2023 16:54 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) özbəkistanlı həmkarı Şavkat Mirzoyoyevlə görüşüb. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, liderlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.