Atəşkəs bitdi: QADINLAR VƏ UŞAQLAR ÖLÜR - FOTOLAR

1 Dekabr 2023 14:03 (UTC+04:00)

Qəzzadakı soyqırım qaldığı yerdən davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ilə Həmas arasındakı uzlaşma ilə əlaqəli 24 noyabr cümə günü saat 08:00-da icra edilən "İnsani fasilə" bu səhər sona çatıb.

İsrail ordusu Qəzza hücumlarına yenidən başlayıb. Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin əraziyə yenidən hücumu ilə itkilər barədə məlumat verib. 3 saat ərzində 32 nəfər öldürülüb. Açıqlamada bildirilir: "İnsani fasilənin bitməsi ilə 3 saat ərzində İsrail hücumlarında öldürülənlərin sayı 32-yə çatıb. Çoxu qadın və uşaq olmaqla onlarla insan yaralanıb". Digər tərəfdən İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunusda bəzi ərazilərin boşaldılmasını istəyib. Xan Yunusun 4 ərazisinə havadan xəbərdarlıq edərək xalqa evakuasiya olunmalarını bildirib. Bununla yanaşı İsrail ordusu 1,7 milyon insanın köç etməyə məcbur edildiyi bölgəyə yenidən hücumlar edib. Bundan sonra fələstinlilərin sığına biləcəyini iddia etdiyi yerləri göstərmək üçün bütün Qəzza zolağının 2 min 300-dən artıq bloka bölündüyü xəritə hazırlayıb. Qəzza zolağı 365 km ərazidə 2,3 milyon insanın yaşaması ilə nüfuz sayına görə dünyanın ən yüksək nüfuza sahib üçüncü bölgəsi kimi göstərilir.

Söylü Ağazadə