"Velosiped idman növü regionlarda da inkişaf edir" - AVF-nin baş katibi

1 Dekabr 2023 13:44 (UTC+04:00)

"Noyabrın 27-dən öz işinə başlayan kursu 18 iştirakçı başa vurub. Çox sevindirici haldır ki, iştirakçılar yalnız paytaxt Bakıdan deyil, müxtəlif regionlardan qatılıblar. Bu o deməkdir ki, velosiped idman növü artıq regionlarda da inkişaf edir". SİA xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva jurnalistlərə açıqlamasında deyib.

Baş katib qeyd edib ki, rus və türkdilli iştirakçılar olmasına baxmayaraq kurs Azərbaycan dilində keçirilib: "Bu, Azərbaycan üçün böyük uğurdur. Ümid varam ki, gələcəkdə bu kurslar davamlı olacaq və mütəxəssislərin sayı artacaq".

Ləman Sərraf