Çəpgözlükdə 3 yaş ciddi önəm daşıyır - DİQQƏT

1 Dekabr 2023 12:20 (UTC+04:00)

Ekspertlər 3 yaşa qədər göz quruluşu və görmə hissinin sürətli inkişaf etdiyini bildiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin fikrincə, diaqnozu uşaq yaşlarda qoyulan çəpgözlük və göz tənbəlliyinin müalicəsi mümkündür.

Professor Dr. Huban Atilla deyib ki, görmə hissi beynin, gözlərin fiziki inkişafı ilə və öyrənmə ilə 10-12 yaşına qədər inkişaf edir. 3 yaş dövrü düzgün görmə hissinin qazanılması üçün çox önəmlidir. Uşağın özünü ifadə edə bilmədiyi dövr olduğu üçün gözlə əlaqəli problemlərdə obyektiv diaqnostik metod ilə gözə nəzarət edilərək diaqnoz qoyulur.

Söylü Ağazadə