Bu il ölkədə 792 nəfər İİV-ə yoluxub

1 Dekabr 2023 11:59 (UTC+04:00)

“Cari ilin 11 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 792 nəfər təşkil edib”. SİA xəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

O qeyd edib ki, yoluxanlardan 761 nəfəri (96,1 faizi) Azərbaycan vətəndaşı, 31 nəfəri (3,9 faizi) isə əcnəbilər olub. Qeydiyyata alınan 761 ölkə vətəndaşlarından 534-ü (70,2 faizi) kişi, 211-i (29,8 faizi) isə qadınlardır.