Azərbaycan nümayəndə heyəti Həştərxanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTOLAR

1 Dekabr 2023 11:57 (UTC+04:00)

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Həştərxanda səfərdə olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu şəhərdə Ulu Öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət edib. SİA xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.

Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət edərək İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini anıb, memorialın qarşısına gül dəstələri düzüblər.