Ətraf mühiti məişət tullantıları ilə çirkləndirən daş sexi aşkarlanıb

1 Dekabr 2023 11:19 (UTC+04:00)

Aşağı Güzdək qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən daş sexi aşkar edilib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Aşağı Güzdək qəsəbəsində yerləşən daş sexlərindən birində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.