Makareviç yeni albom buraxıb, amma hamı üçün deyil..?

30 Noyabr 2023 22:36 (UTC+04:00)

Təxminən iki il əvvəl Andrey Makareviç daimi yaşamaq üçün İsrailə gedib. Özünün dediyinə görə, Rusiyaya qayıtmaq fikrində də deyil. Deyilənlərə görə, Rusiyadakı bütün biznesini də bağladıb.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda “yad ölkə”də yaradıcılıq yolu ilə pul qazanır və bu yaxınlarda yeni albomu işıq üzü görüb.

…Amma hamı onu dinləyə bilmir. Yükləmək üçün mahnılar xüsusi hərbi əməliyyatı dəstəkləməyən hər kəs üçün əlçatandır.

…Mən belə istədim. Bu gün hərbi əməliyyatı dəstəkləyən əksəriyyət üçün həqiqətən də səslənmək istəmirəm. Dəstək etməyənlər qulaq asmağın yolunu tapacaqlar.

Xatırladaq ki, bunu bəyan edən Makareviç Rusiya Federasiyasının ərazisində xarici agent kimi tanınır.

Nazlı