"Sabah nə olacağı bəlli deyil" - Günel Zeynalova

30 Noyabr 2023 08:38 (UTC+04:00)

"Sabah nə olacağı bəlli deyil. Həyat iki, ya üç hesabdan ibarətdir. Nə etmək istəyirsinizsə, təxirə salmayın. SİA xəbər verir ki, bu sözləri Günel Zeynalova şəxsi "instagram"ında yazıb.

"Emosiyalardan qaçmayın və istəklərinizi sabaha saxlamayın. Həyat həqiqətən bir anlıqdır və ölüm çox yaxındır. Gec olmadan ürəyinizə qulaq asın. Peşmançılıqlarınız yox, yaxşı ki, dediyiniz şeylər çox olsun"- deyə müğənni qeyd edib.