"Apple" xəbərdarlıq etdi

30 Noyabr 2023 04:44 (UTC+04:00)

"Apple” xəbərdarlıq edib ki, istifadəçilərinin parolları və hətta bank hesabları oğurlana bilər. SİA xarici mediaya istinadən xəbər verir ki, texnoloji əsrdə təhlükələr indi daha virtual və rəqəmsaldır. İndi hakerlər əldə etdikləri məlumatlarla insanların parollarından bank hesablarına qədər bir çox sahəyə sıza bilirlər.

Son aylarda saxta brauzer yeniləmə fırıldağı kimi də tanınan "ClearFake" fırıldaqları diqqət çəkib. Xüsusilə iyul ayından etibarən "Windows” sistemlərini hədəf alan fırıldaqçılar indi "Macbook” istifadəçilərini də hədəf almağa başlayıblar. Bu zərərli kiber sxemi həm telefon, həm də "Macbook” istifadəçilərini təhlükəyə məruz qalmış saytlarda görünən saxta "Chrome” yeniləmələri ilə tələyə salır. İstifadəçilər yeniləmə sorğusunu kliklədikdə, onların sistemləri "Atomic Stealer” adlı zərərli sistemə yoluxur və bu sistem foto, sənəd və video faylları, həmçinin mühüm hesabların parollarını oğurlaya bilir. Mütəxəssislər bildirirlər ki, istifadəçilər kompüterlərini "Atomic Stealer” ilə yoluxdurmamaq üçün üçüncü tərəf saytlarından və saxta brauzer yeniləmələrini yükləməkdən çəkinməlidirlər.