Qəzzada ölən BMT əməkdaşlarının sayı AÇIQLANDI

30 Noyabr 2023 04:20 (UTC+04:00)

BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 111 əməkdaşının Qəzza zolağında öldürüldüyünü bildirib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Böyük kədər hissi ilə bildirirəm ki, hərbi əməliyyatlar başlayandan bəri bizim BMT ailəmizin 111 üzvü Qəzzada öldürülüb. Mülkilər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının əməkdaşları qorunmalıdır. BMT obyektlərinə zərbə endirməməlidir", - o vurğulayıb.