Azərbaycan təmsilçisi Çelenc Kubokunda mübarizəni dayandırıb

30 Noyabr 2023 01:19 (UTC+04:00)

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:1 (25:16, 25:12, 23:25, 25:16). Bakıda reallaşan ilk matçda 0:3 hesabı ilə məğlub olan Şuşa klubu mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, “Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).