Qərbi Afrikada ilk orqan transplantasiyası Seneqalın paytaxtı Dakarda türk həkimlərlə birgə həyata keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Dakardakı Ouakam Hərbi Xəstəxanasında türk həkimlərin nəzarəti altında həyata keçirilən əməliyyatlarda 3 xəstəyə canlı donorlardan böyrək köçürülüb.
Transplantasiya üçün Seneqala gedən 11 nəfərlik qrupa rəhbərlik edən Türkiye Orqan Nəqli Vəqfinin sədri həkim Eyüp Kahveci 2017-ci ildən bəri Seneqalda müxtəlif şöbələrdə həmkarlarına Türkiyedə müxtəlif səviyyələrdə təlimlər keçdiklərini və Seneqal Səhiyyə Nazirliyi ilə aparılan danışıqlarda, orqan transplantasiyası proqramının bu il başlamasına qərar verildiyini vurğulayıb.
Canlı donorlardan 3 xəstəyə böyrək köçürüldüyünü bildirən həkim ilk xəstə və donorun ər-arvad, digər xəstələr və donorların isə bacı-qardaş olduğunu bildirib.