Azərbaycan güləş çempionatının ilk günündə 4 qızıl medal qazanıb

29 Noyabr 2023 20:06 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi İbrahim Yusubov Bakıda keçirilən hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. SİA xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimi final görüşündə türk rəqibini məğlub edərək, dünya çempionu olub.

Bu, Azərbaycanın beynəlxalq turnirdəki qazandığı 4-cü qızıl medalıdır.

Qeyd edək ki, Sərhədçi” İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunacaq.

Ləman Sərraf