Hacı Əliyev çempionatda qızıl medal qazanıb

29 Noyabr 2023 19:40 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. SİA xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan azərbaycanlı güləşçi final görüşündə 4 xal qazanaraq iranlı rəqibinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Sərhədçi” İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

Ləman Sərraf