Ruslar yenə də casus tutublar....

29 Noyabr 2023 18:25 (UTC+04:00)

Rusiyanın ilhaq etdiyi Krımın məhkəməsi “Simeiz” kurort kəndinin keçmiş meri Yuri Lomenkonu dövlətə xəyanətdə ittiham edərək 16 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin fikrincə, Lomenko 2017-2018-ci illərdə dövlət sirri təşkil edən məlumatları, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları haqqında məlumatları toplayıb Ukrayna kəşfiyyat orqanlarına ötürüb.

Lomenko 2013-2014-cü illərdə "Simeiz"in administrasiyasına rəhbərlik edib, bundan sonra Yaltaya köçüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, orada 2021-ci ilin sentyabrında ləğv edilmiş “Yalta ukraynalıları” ictimai təşkilatına rəhbərlik edib. 2019-cu ilin sentyabrında Lomenko Vahid Rusiya partiyasından birmandatlı seçki dairəsindən seçilən Yalta Şəhər Şurasının deputatı oldu. O, 2021-ci ilin noyabrında casusluqda şübhəli bilinərək həbs edilib.

Qeyd edək ki, söhbət hansı məxfi məlumatlardan getdiyi açıqlanmır. Məhkəmə qapalı keçirilib. Lomenkoya ciddi rejimli koloniyada həbs cəzası ilə yanaşı, 300 min rubl cərimə də kəsilib.

Nazlı