Milli Məclisin deputatları Rusiyaya gedir

29 Noyabr 2023 15:36 (UTC+04:00)

Milli Məclisin deputatları Əminə Ağazadə və Sabir Hacıyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məqsəd Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməkdir.

Səfər dekabrın 2-də başa çatacaq.