"Qələbəmizi şərtləndirən əsas amillərdən biri xalq-iqtidar birliyidir" - DEPUTAT FİKİR BİLDİRDİ

29 Noyabr 2023 15:17 (UTC+04:00)

"Azərbaycan müstəqillik illərində çox böyük uğurlar əldə edib. Dünyada yeni siyasi arxitektura formalaşdırılır, müharibə və təhdidlər isə hazırki dünyanın əsas simasıdır. Azərbaycan isə bu mənzərədə əsl sakitlik adasıdır. Bu cür sülh və sakitlik şəraitini əldə etmək və saxlamaq çox çətindir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində torpaqlarının işğalına məruz qalsa da, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox doğru bir bünövrə üzərində qurulub, inkişaf etməyə başladı: "Cənab Prezident İlham Əliyev bu uğurlu siyasəti yeni çağırışlar və müasir dövrə uyğun şəkildə inkişaf etdirdi. Bir çox beynəlxalq təşkilatlarda təmsil olunmağa başaldıq, BMT TŞ-nin müvəqqət üzvü olduq.

Bu cür təşkilatlardan biri də SPECA-dır ki, hazırda sədrlik Azərbaycana məxsusdur. Ölkəmizdə keçdiyimiz günlərdə SPECA ilə bağlı tədbir baş tutdu və bir neçə ölkə rəsmiləri Azərbaycanda Zirvə Görüşündə iştirak etdilər. Azərbaycanda SPECA və bu kimi bir çox beynəlxalq tədbirlərin keçirilməsi ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Bu gün iqtidar və xalqın bir amal uğrunda birləşməsi qələbəmizi şərtləndirən əsas amillərdən idi".