"Nəriman Nərimanov" metrostansiyasında sərnişin vəfat edib

29 Noyabr 2023 15:07 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov" stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib. Bu barədə SİA-ya qurumdan bildirilib.

Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.

Allah rəhmət eləsin!